Xəbər lenti

Siyasət 19:06 04.10.2023

"Türk Dövlətləri üçün vacib məsələ ümumi dil və əlifbadır" - Cümşüd Nuriyev

"Həll etməli olduğumuz ən vacib məsələ ümumi dil və əlifba məsələsidir”.
 
Bunu Qaynarinfo-ya politoloq Cümşüd Nuriyev Türk Dövlətlərinin (TDT) hazırkı dönəmdə həll etməli olduğu aktual problemlərdən danışarkən deyib.

Cümşüd Nuriyev bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatının həll etməli olduğu bir sıra vacib məsələlər var: 

"Həll etməli olduğumuz ən vacib problem ümumi dil və ümumi əlifba məsələsidir. TDT-də həmçinin ümumi qanunvericiliyin bazası da yaradılmalıdır. İndiki halda hər bir ölkənin fərqli qanunları var ki, onlar da problem yaradır. TDT-in habelə vahid Ana Yasası olmalıdır ki, digərləri də ona uyğun hərəkət etsin. Avropa İttifaqında ümumilərlə bərabər, xüsusilər də olduğundan bu qurum özünü doğrultmur”. 



Ekspert qeyd edib ki, TDT ərazisində vahid iqtisadi zona, vahid gömrük zonası da elan edilməlidir: 

"Ümumi bazar yaradılmalı, vahid pul tətbiq edilməlidir. Zaman gözləmir, sürətlə dəyişir. Ona görə də TDT zamanın tələblərinə cavab verə bilən reaksiyalar göstərməlidir. Amma etiraf edək ki, bu reaksiyanı göstərə bilmir. TDT əsl fəaliyyətini bərpa etməlidir. Onun üçün təşkilat hamı tərəfindən qəbul olunan ümumi qanun bazası yaratmalıdır”. 

Qeyd edək ki, TDT 3 oktyabr 2009-cu ildə yaranıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan qurumun üzvləridir. Macarıstan, Türkmənistan və Şimali Kipr isə qurumda müşahidəçi statusu ilə fəaliyyət göstərirlər.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->