Xəbər lenti

Türk gəncdən İlham Əliyevə məktub: "Döyüşməyə hər an hazıram"
Ölkə13:38 06.03.2017

Türk gəncdən İlham Əliyevə məktub: "Döyüşməyə hər an hazıram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qardaş Türkiyə Respublikasından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına maraqlı məktub daxil olub.

"Qaynar" ölkə.az-a istinadla xəbər verir ki, Ankara şəhərində yaşayan Müzəffər Hayta yazır:

“Hörmətli cənab Prezident,

Mən Ankarada Çankaya Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıram. Bu məktubu yazmaqla daxilimdəki hisslərimi Sizinlə bölüşmək istəyirəm. 

Qeyd etmək istəyirəm ki, Ermənistana və bütün düşmənlərimizə qarşı döyüşməyə hər an hazıram. Mən Türkiyəni necə sevirəmsə, Azərbaycana qarşı da münasibətim eynidir. Əgər ehtiyac olarsa, mənim kimi milyonlarla türk gənci Sizinlə, şərəfli əsgərlərinizlə çiyin-çiyinə döyüşməyə hazırdır”.

Qaynar.Az