Xəbər lenti

Türk general Bakıda
Ölkə19:22 11.11.2014

Türk general Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atayın Azərbaycana səfəri başlayıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, nümayəndə heyəti bu gün Bakıya gəlib. 
Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində general A. Atayın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
Jandarma Komandanının Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır. 
Qeyd edək ki, ordu generalı A. Atay bu ilin avqust ayında Jandarma Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub. Bu, A. Altayın Jandarma Baş Komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.
Qaynar.info