Xəbər lenti

Türk generalın oğlunun Bakıdan gizli qaçışı
Ölkə11:40 10.03.2017

Türk generalın oğlunun Bakıdan gizli qaçışı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin hakim Ədalət və İnkişaf partiyası sədrinin müavini Şaban Dişlinin qardaşı Türkiyə Silahlı Qüvvələrinin strateji planlaşdırma üzrə İdarənin rəisi, general Mehmet Dişlinin oğlunun Bakıdan qaçdığı məlum olub.
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, Mehmet Dişli və onun Türkiyənin Azərbaycandakı səfirliyində işləyən oğlu Mehmet Bəyazit ötən il 15 iyulda hərbi çevriliş cəhdini həyata keçirməkdə ittiham edilən FETÖ ilə əlaqəli olduğu bildirilir.
M.Bəyazit Bakıdakı səfirlikdə ikinci katib vəzifəsində çalışıb. Onun yüksək vəzifəli atası və babası Türkiyədə hərbi çevrilişin əsas fiqurlarından biri hesab edilir. Bu barədə Ankara prokurorluğunun hazırladığı iddianamədə məlumat verilir.
Bildirilir ki, hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnəndən sonra Mehmet Bəyazit Dişli Bakı səfirliyindəki vəzifəsindən azad edilib. O, FETÖ terror təşkilatı üzvü olmaqda ittiham edilib və Ankara çağırılıb. Lakin diplomat əmrə tabe olmayaraq Bakıdan üçüncü ölkəyə qaçıb.
Diplomatın atası Mehmet Dişli saxlanılarkən onun üzərində 1 dollar tapılmışdı. FETÖ üzvləri xüsusi buraxılmış həmin dollarların üzərindəki şifrələrlə əlaqə saxlayırdılar.
General isə bunu təkzib edərək bildirib ki, o, 1 dolları oğlunun Bakı səfirliyindən aldığı ilk maaşdan xatirə olaraq saxlayır.
Qaynar.Az