Moskvanın "Spartak" klubu erməni futbolçularını - Araz Özbiliz və Yura Movsisyanı transferə çıxarıb. Qaynar.info komanda.az-a istinadən xəbər verir ki, ermənilərin transferə çıxarılması ilə bağlı göstərişi klubun direktorlar şurasının sədri Leonid Fedun verib. Məlumatda bildirilir ki, "Spartak" bu futbolçular üçün gələn təkliflərə açıqdır.
Bu həftənin əvvəlində mətbuatda Araz Özbilizin müsahibəsi yer almışdı. Müsahibədə "Spartak"ın türk əsilli baş məşqçisi Murat Yakının nüfuzuna zərbə vuran ittihamlar səslənmişdi. Erməni futbolçu Murat Yakını millətçilikdə ittiham etmişdi. O, bildirmişdi ki, Yakının onu məhz 24 apreldə - ermənilər qondarma soyqırım gününü qeyd edərkən əvəzedici komandaya göndərməsi türk mütəxəssisin ermənilərə qarşı olan nifrətinin göstəricisidi.Sonradan erməni futbolçu dediyi sözləri "yemək" məcburiyyətində qaldı. O, belə ifadələr işlətmədiyini, fikirlərinin təhrif olunduğunu bildirdi.
Məlumata görə, Leonid Fedun bu məsələdə klubun daha bir auksioneri - Cevan Çeloyantsla prinsipial mübarizə aparıb. Çeloyants Murat Yakının "Spartak"ın baş məşqçisi təyin edilməsinə etiraz edənlərdən biri olub. Auksioner Murat Yakının istefaya getməsi üçün aktiv təbliğat aparır. Görünür, Çeloyants erməni futbolçuları da "torba tikmə" əməliyyatına qoşub. Ancaq Fedun bu futbolçuların transferə çıxarılması ilə bağlı göstəriş verməklə, ermənilərə ağır zərbə vurub.
Qaynar.info