Ukrayna
Silahlı Qüvvələri "Baykar Müdafiə” şirkətindən daha 48 ədəd "Bayraqdar” TB2
Silahlı PUA (SİHA) satın almağı hədəfləyir.
Qaynarinfoxəbər verir ki, Ukraynanın dövlətə məxsus müdafiə ixrac agentliyi
UkrSpetsExport vasitəsi ilə "Baykar Müdafiə”dən 6 "Bayraqdar” TB2 silahı satın
alan Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda bu PUA-larla bir sıra təlimlər
keçirib. Roketsan MAM-L sursatı ilə silahlanmış "Bayraqdar” TB2 silahlanmasını
döyüş meydanında Rusiyanın əsas döyüş tanklarına (AMT) qarşı istifadə etməyi hədəfləyən
Ukrayna Ordusu daha 48 "Bayraqdar” TB2 silahı əldə etməyi planlaşıdırır.
"Ukrayna
Müdafiə Nazirliyinin Silahlı Qüvvələrdə istismara verməyi planlaşdırdığı 48
pilotsuz təyyarə satın almağı planlaşdırır. Bundan əlavə, Ukrayna bu PUA-ları
yerli imkanlarla istehsal etməyi hədəfləyir. "Bu, ortaq bir istehsaldır,
Ukrayna ərazisindəki genişmiqyaslı bir montajdır və bundan sonra hər kompleksin
dəyəri 35% azalacaq", - - UkrSpetsExport rəhbəri Vadim Nozdrya deyib.
Ukrayna
Baş Qərargah rəisi Ruslan Xomçak da "Bayraqdar”lardan müharibə vəziyyətində
olduqları Rusiya Federasiyası Silahlı Qüvvələrinə aid tanklara qarşı istifadə
edəcəklərini bildirib.
"Baykar
Müdafiə” tərəfindən hazırlanan "Bayraqdar TB2” tipli PUA-lar uzun illərdir Türk
Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur. "Roketsan” tərəfindən
hazırlanmış MAM-L və MAM-C sursatları ilə təchiz olunmuş "Bayraqdar TB2”
PUA-ları Suriya, Liviya və Dağlıq Qarabağdakı uğurları ilə ad çıxarıb. Müharibə
meydanlarında özünü təsdiq etdirən (Combat Provid) döyüş sistemi kimi seçilən "Bayraqdar
TB2” PUA-ları Qətər, Ukrayna və Azərbaycan Silahlı Qüvvələri tərəfindən fəal şəkildə
istifadə olunur.
Alpər
Şərhlər