
Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümünə səbəb olan qanlı terror aktından sonra ölkənin Silahlı Qüvvələrinə aid hərbi təyyarələr havaya qalxıb.
AzVision.az xəbər verir ki, qırıcı təyyarələr İraqın Kandil dağında terror təşkiatı olan PKK hədəflərini bombalayıb.
Belə ki, Kandil bölgəsində müəyyən edilən hədəflər (silah anbarı, sığınacaqlar) 9 "F-16" və iki "F-4 2020" ilə bombalanıb. Baş Qərargah İraqın şimalındakı PKK-ya aid 18 hədəfin uğurlu hava hərəkatı ilə məhv edildiyini açıqlayıb. Müəyyən edilən hədəflərə 30 dəfə atəş açılıb.
Qaynar.info