Xəbər lenti

Türk qızları İŞİD-in əlində - ŞOK
Ölkə09:07 02.05.2016

Türk qızları İŞİD-in əlində - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İŞİD-in əlində xeyli sayda türk qızı var

Qaynarinfo.az türk mətbuatına istinadən xəbər verir ki, Frankfurtda yaşayan və oğulları İŞİD-ə qatılıb ölən ailənin yaxınları çox önəmli bir açıqlama verib. 

Onlar İŞİD-in əlində  Almaniyada doğulan çox sayda Türk qızının olduğunu deyib.

Almaniyanın Frankfurt şəhərində yaşayan İzmirli ailənin 3 ay əvvəl  itən, 24 yaşındakı oğulunun ölüm xəbəriylə bərabər acı bir həqiqət də ortaya çıxıb. Ailənin yaxınları, terror təşkilatı IŞİD-in əlində çox sayda Almaniya doğulan Türk qızının olduğu haqda dəqiq məlumatları olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, terror təşkilatı  Almaniyadakı Pakistanlı və Farslılara aid məscidlərdə müsəlman gənclərini aldadıb, qarşıdurma bölgələrinə aparır.

Qaynarinfo.az