Xəbər lenti

Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi
Ölkə08:49 13.11.2016

Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Birləşmiş Ştatlara səfər zamanı ehtiyatlı olmağa çağırıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, xarici siyasət idarəsinin məlumatına görə, burada söhbət, xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Sietl, Oklend və Portlend kimi iri şəhərlərdən gedir.
ABŞ-da Donald Trampın qələbəsi ilə yekunlaşan prezident seçkilərindən sonra etiraz aksiyaları davam edir.
"İnsidentlər və sosial gərginlikdən irəli gələn risklərlə əlaqədar olaraq, ABŞ-da yaşayan, həmçinin bu ölkəyə səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları xüsusilə ehtiyatlı olmalıdırlar", - deyə XİN-in yaydığı xəbərdarlıq mətnində bildirilir.
Qaynarinfo.Az