Xəbər lenti

Türkiyə Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışır
Dünya 13:51 01.12.2023

Türkiyə Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışır

Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşək bildirib ki, Ankara Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə türkiyəli nazir Tvitter səhifəsində məlumat yayıb

Rəsmi Avropa Komissiyasının "Aİ ilə Türkiyə arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin vəziyyəti” ilə bağlı son hesabatını alqışlayıb.

"Biz bir daha Türkiyəni Avropa İttifaqına möhkəm bağlamaq istərdik”, - bəyanatda deyilir.

O, həmçinin qeyd edib ki, Avropa Komissiyasının təklif etdiyi tədbirlər ruhlandırıcıdır və müsbət dəyişikliklərdən xəbər verir.

Xüsusilə, söhbət aşağıdakılardan gedir:

Aİ və Türkiyə arasında iqtisadiyyat, enerji və nəqliyyat üzrə yüksək səviyyəli dialoqların bərpası;

Assosiasiya Şurasının iclaslarının və nazirlər səviyyəsində yüksək səviyyəli siyasi dialoqun bərpası;

Aİ-Türkiyə gömrük ittifaqının modernləşdirilməsi üzrə danışıqlar layihəsi üzrə müzakirələrin canlandırılması;

Türkiyənin bütün sektorlarında fəaliyyətini bərpa etmək üçün Avropa İnvestisiya Bankına dəvət;

Aİ-də türk iş adamları, tələbələr, ailə üzvləri ilə birlikdə Türkiyə vətəndaşları üçün viza məhdudiyyətlərinin yüngülləşdirilməsi.

Qeyd edək ki, Türkiyə 24 ildir ki, Aİ üzvlüyünə rəsmi namizəddir, lakin Brüsselin insan haqlarının pozulması və qanunun aliliyinə hörmətlə bağlı narahatlığı səbəbindən üzvlüklə bağlı danışıqlar dalana dirənib.

Avropa Parlamenti hazırkı şəraitdə Türkiyənin birliyə üzvlüyü ilə bağlı danışıqların bərpa oluna bilməyəcəyinə dair hesabat qəbul edib. Bundan sonra Türkiyə prezidenti Ərdoğan bildirib ki, Ankara lazım gələrsə, Aİ-dən "ayrıla bilər”.

Türkiyə lideri daha sonra əlavə edib ki, Avropa İttifaqına üzvlük prosesi ilə bağlı heç bir yeni tələb və ya şərt qəbul etməyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->