Xəbər lenti

Türkiyə-Azərbaycan-Gürcüstan birgə hərbi təlimləri başlayıb
Ölkə10:28 22.10.2022

Türkiyə-Azərbaycan-Gürcüstan birgə hərbi təlimləri başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə "Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat evrilib.
Bildirilib ki, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.