Xəbər lenti

Türkiyə-Azərbaycan Universitetinin tələbələrinin iki diplomu olacaq
Ölkə 15:10 29.08.2024

Türkiyə-Azərbaycan Universitetinin tələbələrinin iki diplomu olacaq

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri ali məktəbi bitirdikdə iki diplomları olacaq.

Bunu "Report”un Ankara bürosuna müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.

Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.

"Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, - rektor deyib.

Onun sözlərinə görə, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->