Xəbər lenti

Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək
Ölkə15:03 17.04.2020

Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.
Bu barədə "Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 
Məlumata görə, Türkiyə Hava Yolları Azərbaycanda olan və ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi üçün yaxın günlərdə təyyarələr göndərəcək.  
"İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat e-poçt, "WhatsApp” və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - diplomatik nümayəndəlikdən bildirilib.