
Bakıda səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüb.
Modern.az saytının məlumatına görə, Binali Yıldırım və şeyxülislam “Göy Məscid”də cümə namazı qılıblar.
Namazdan sonra baş nazir və QMİ rəhbəri birlik, bərabərlik mesajı veriblər.
Onlar Ramazan bayramı münasibəti ilə təbriklərini çatdırıblar.
Qaynarinfo.az