Xəbər lenti

Türkiyə diasporunun nümayəndələri Gəncədədir
Ölkə09:34 04.11.2020

Türkiyə diasporunun nümayəndələri Gəncədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərindədir.
Qaynarinfo-nun məlumatına görə, nümayəndə heyətini Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər müşayiət ediblər.
Onlar səfər çərçivəsində Gəncədə erməni terroru nəticəsində dağılmış ərazilərə baş çəkib, qurbanların xatirəsini anıblar.
A.Eren erməni terrorunu qəti şəkildə pislədiyini, dinc sakinlərə qarşı edilən qətliamı insanlığa sığmayan hal olduğunu bildirib: "Biz hər zaman olduğu kimi, müharibə başlayandan da Azərbaycanın yanındayıq. Ermənilərin dinc əhaliyə qarşı törətdikləri bu terror hadisələri qəbuledilməzdir".
Qeyd edək ki, Ermənistandan Gəncə şəhərinə atılan raketlər nəticəsində içərisinədə uşaqların da olduğu 26 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.