Xəbər lenti

Siyasət 14:08 02.12.2023

"Türkiyə Ermənistanla sərhədini bir şərtlə aça bilər..." (ŞƏRH)

"Bu sərhəd məntəqəsinin açılması barədə razılaşma əldə olunub. Lakin onun həyata keçməsi İrəvanın siyasi iradəsindən olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Əlincan sərhəd-buraxılış məntəqəsinin istismara hazır olduğu barədə erməni mətbuatının məlumatını şərh edərkən deyib.

"Paşinyan hökuməti qarşısında qoyulan əsas şərt də bundan ibarətdir. Ermənistan isə hələlik yalnız sözdə sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirir. Əməldə isə vasitəçilər olmadan görüşlərdən yayınır", deyə Natiq Miri bildirib.
 


Politoloq deyib ki, Ermənistanın manipulyasiyasına Türkiyənin cavabı da adekvat olacaq və sərhədlər açılmayacaq:

"Azərbaycanla normal münasibətlər tənzimlənməsə, sülh müqaviləsi imzalanmasa, Ermənistanın Türkiyəyə çıxışı mümkün deyil. Geosiyasi maraqlar Türkiyə və Azərbaycanın birgə kordinasiyası şəklində baş verir. Yəni Azərbaycansız belə bir qərarın verilməsi mümkün deyil".

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə Əlincan sərhəd-buraxılış məntəqəsinin istismara hazır olduğunu bildirib 
"Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir", deyə məlumatda bildirilir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->