
Türkiyə İran sərhəddində silahlı atışma baş verib. ANS PRESS-in verdiyi məlumata görə, silahlı qarşıdurma türkiyəli və iranlı hərbiçilər arasında baş verib.
Münaqişəyə iranlı bir şəxsin öz atı ilə Türkiyənin Van vilayətindən qaçaqmalçılıq yolu ilə mazut gətirməsinin səbəb olduğu bildirilir. "Dayan" komandasına əməl etməyən iranlı türkiyəli əsgərlərin açdığı güllə nəticəsində həlak olub.