Xəbər lenti

Türkiyə kəşfiyyatı Fətullah Güləni ifşa etdi - VİDEO
Ölkə12:21 08.01.2014

Türkiyə kəşfiyyatı Fətullah Güləni ifşa etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəşfiyyatın nurçularla bağlı apardığı araşdırmaların nəticələrinin əks etdirən video Youtube.com-a yerləşdirilib

Türkiyədə Ərdoğan höküməti ilə Gülən Hərəkatı arasında davam edən gərginlik fonunda tərəflər bir-birini ən müxtəlif səviyyədə işfa etməkdə davam edir.

Ans press-in məlumatına görə, Türkiyə ordusunun və kəşfiyyatının Fətullah Gülənlə bağlı apardığı araşdırmaların nəticələrini əks etdirən video Youtube.com-a yerləşdirilib.

Videoda Gülənçilərin, daha doğrusu nurçuların gerçək məqsədləri açıqlanır, Onların Mustafa Kamal Atatürkun prinsiplərinə və İslam dininə olan faktiki münasibət əksini tapıb.

Daha çox nurçulara qarşı əks-təbliğata hesablanmış videoda 10 -15 il əvvəl baş vermiş hadisələr fonunda təhlillər aparılıb.

Maraqlıdır, sözügedən görüntülər 2003-cü ildə mediayaya sızdırılsa da, sonradan bu video qadağan olunub.

Qaynar.info