Xəbər lenti

Türkiyə mətbuatı Azərbaycanın ərazi bütövlüyünü pozdu - FOTO
Ölkə07:34 18.10.2013

Türkiyə mətbuatı Azərbaycanın ərazi bütövlüyünü pozdu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin “Hürriyet.com” saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv buraxıb.

Qardaş ölkənin xəbər saytına daxil olub, orada qeydiyyatdan keçmək üçün xüsusi bolk açılır. Seçim imkanı verilən ölkələrin sırasında qondarma Dağlıq Qarabağ Respublikasının da adı var.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndəriləcəyini bildirib.

“Artıq biz təlimat hazırlamışıq. Bu gün Türkiyədəki səfirliyimizə təlimat göndəriləcək. Araşdırmalardan sonra, saytın səhv etdiyini, yaxud başqa səbəbdən belə qeyd olunduğunu biləcəyik”, - deyə Elman Abdullayev bildirib.

Qaynar.info