Xəbər lenti

Türkiyə ordusu böyük əməliyyata başladı - Cerablus azad ounmalıdır
Ölkə04:40 24.08.2016

Türkiyə ordusu böyük əməliyyata başladı - Cerablus azad ounmalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.

Report xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb", - deyə məlumatda bildirilir.

Agentlik rəsmi şəxslərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəlib.

Həmçinin məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.

Qaynarinfo.Az