Xəbər lenti

Türkiyə səfirindən seçki ilə bağlı çağırış
Ölkə19:17 03.05.2023

Türkiyə səfirindən seçki ilə bağlı çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına çağırıb edib.
Qaynarinfo xəbər verir ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladan diplomat vətəndaşları səsvermədə iştirak etməyə çağırıb.
"Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər. Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq”, - deyə səfir bildirib.