Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "İstanbulspor" əsas çempionata vəsiqəni təmin edib.
Komanda pley-off mərhələsinin finalında "Bandırmaspor"u 2:1 hesabı ilə yenib.
Qeyd edək ki, daha əvvəl "Ankaragücü" və "Ümraniyespor" Superliqaya vəsiqə əldə edib.