Xəbər lenti

Türkiyə Superkubokunun qalibi bu gün müəyyənləşəcək
İdman09:59 10.01.2026

Türkiyə Superkubokunun qalibi bu gün müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək.
Qaunarinfo xəbər verir ki,, həlledici qarşılaşmada "Qalatasaray" "Fənərbağça" ilə üz üzə gələcək.
Komandalar Superkubokda 5-ci, ümumilikdə isə 405-ci dəfə bir-birinə rəqib olacaq. Geridə qalan 404 maçdan 149-da "Fənərbağça", 130-da isə "Qalatasaray" qələbəyə sevinib. 125 qarşılşama heç-heçə nəticələnib. Tərəflər arasında baş tutan derbilərdə "Fənərbağça" 544, "Qalatasaray" isə 505 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, İstanbul derbisi Atatürk Olimpiya Stadionunda, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.