Xəbər lenti

Türkiyə təyyarənin qəzaya uğradığı yerə PUA göndərir
Ölkə20:51 11.11.2025

Türkiyə təyyarənin qəzaya uğradığı yerə PUA göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə, C-130 karqo təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı (PUA) göndərib.
APA xəbər verir ki, PUA yaxın saatlarda axtarışlara qoşulacaq.
Qeyd edək ki, Akıncı PUA 2024-cü ildə İran prezidentinə məxsus təyyarənin qəzaya uğraması zamanı da xilasetmə əməliyyatlarında istifadə olunub və qalıqların tapılmasında mühüm rol oynayıb