Xəbər lenti

Türkiyə ukraynalıların itkisini polşalılarla kompensasiya edəcək
Dünya 21:55 22.05.2024

Türkiyə ukraynalıların itkisini polşalılarla kompensasiya edəcək

Türkiyə turizm bazarı Polşadan gələn turist axını ilə Ukraynadan istirahətə gələnlərin azalmasından itkiləri ödəmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ekonomim” qəzeti yazıb.

Dörd il ərzində Türkiyəyə gələn polşalı turistlərin sayı iki dəfə artaraq, 1,5 milyon nəfəri keçib. Eyni zamanda, ukraynalıların axını 2 milyondan 800 minə qədər azalıb.

"Polşalı turistlər xüsusilə Antalyada dördüncü ən böyük turist oldu. Gözlənilir ki, bu il erkən rezervasiya ilə seçilən polşalı turistlərin sayı ən azı 25% artacaq”, deyə nəşr qeyd edir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi məlumatları göstərir ki, 2023-cü ildə ukraynalı qonaqların sayı 67,21% azalıb, Polşadan turist axını isə 94,15% artıb.

"Keçən il təxminən 840 min ukraynalı, 1 milyon 540 min polşalı turist Türkiyədə istirahət edib. 2024-cü ilin birinci rübündə Ukraynadan turist axını ötən ilki göstərici ilə müqayisədə 7% artaraq 135 minə, Polşadan isə 37,18% artaraq 70 minə çatıb”, deyə nəşrə yazıb.

Aralıq dənizi mehmanxanaçıları və turoperatorları assosiasiyasının rəhbəri Kaan Kavaloğlu qeyd edib ki, Polşa bazarı Ukraynaya görə dəymiş itkiləri xeyli ödəyib. Onun proqnozlarına görə, 2024-cü ildə 1,25 milyondan çox polyak Antalyaya səfər edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->