Xəbər lenti

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etdi
Ölkə21:27 28.11.2025

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasındakı Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.
Onlar Gümrü-Qars dəmir yolunun bərpasına yönəlmiş texniki müzakirələrin ikinci raundunu keçiriblər.