
Daxili İşlər Nazirliyi Respublika Baş Prokurorluğu ilə birgə Türkiyə vətəndaşının qətli ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.
Məlumatda bildirilir ki, iyunun 5-də saat 19:00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.