Xəbər lenti

Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək: qanun qüvvəyə mindi
Ölkə16:20 01.09.2019

Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək: qanun qüvvəyə mindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı qərar bu gündən qüvvəyə minir.
Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.
Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.