Xəbər lenti

Türkiyə özəl universitetinin 4 azərbaycanlı qaziyə bu jesti böyük addımdır – Ekspert
Ölkə15:07 15.07.2021

Türkiyə özəl universitetinin 4 azərbaycanlı qaziyə bu jesti böyük addımdır – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şəhid və qazi ailələrinin təhsil haqqından azad edilməsi böyük hadisədir və bunu müsbət qiymətləndirirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Türkiyədə ən yaxşı 10 özəl universitetlərindən birinin 4 azərbaycanlı qaziyə və ya şəhid ailəsinə tam təqaüd verəcəyi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert layihəni müsbət dəyərləndirib:
"Birinci ona görə ki, müraciətdə önəm veriləcək şəxslər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların övladlarıdır. Bu, böyük məsələdir, onların təhsil haqqı ödənilir. İkincisi, onlara yaşayışla bağlı müəyyən güzəştlər etmək olar. Məsələn, qalmaq üçün yerlər, gediş-gəliş biletlərinin verilməsi və s. Umumilikdə isə bu tip layihələr dəstəklənməli və sayı çoxalmalıdır. Xüsusən də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərin övladları, ailə üzvlərinə dəstəyin olması müsbət haldır”.
Kamran Əsədov hesab edir ki, bir çox universitetlərlə xaricdə təhsil şirkətləri əlaqəyə girməlidir:
"Bu, YAŞAT Fondu vasitəsi ilə həyata keçirilə bilər. Onların təhsil haqqından azad edilməsi böyük hadisədir və mən bunu müsbət qiymətləndirirəm. Hesab edirəm, burada sayı 4-dür, amma daha çox olsun. Türkiyədə 260-a yaxın universitet var. Həmin layihənin bunlarla aparılması azərbaycanlı gənclərin daha keyfiyyətli təhsil almasına imkan verə bilər”.
Qeyd edək ki, Türkiyədə ən yaxşı 10 özəl universitetdən birinin beynəlxalq əlaqələr direktoru Bakıdadır. 4 Azərbaycanlı qaziyə və ya şəhid ailəsinə tam təqaüd verəcək.
Bahar Rüstəmli