Xəbər lenti

Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edildi
Ölkə 20:19 02.01.2026

Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edildi

Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

APA-nın məlumatına görə, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb.

Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.

Vətəndaşlara SMS vasitəsilə zəruri xəbərdarlıqlar göndərilib, rəsmi elanların izlənməsi və mümkün təhlükələrə qarşı ehtiyatlı olunması tövsiyə edilib.
--> -->