Foto 12:52 01.05.2023

Türkiyədə Azərbaycan abidəsi açıldı (FOTOLAR)

Diasporla əməkdaşlıq çərçivəsində 300 Azərbaycan türkü Çanaqqalada qonaq edilib. Manisada yaşayan Azərbaycan türkləri martın 18-də Çanaqqalada açılışı olan Türkiyə-Azərbaycan abidəsini ziyarət ediblər.

Qaynarinfo-ya verilən məlumata görə, tədbirdə Azərbaycan diaspor nazirinin müavini Valeh Hacıyev və Azərbaycan Səyahət Agentlikləri Assosiasiyasının nümayəndələri iştirak edib.

Çanaqqala Ticarət və Sənaye Palatası 15 saylı Peşə Komitəsinin üzvü Onur Sabırlıoğlu abidə haqqında məlumat verib: "Çanaqqala Ticarət və Sənaye Palatası olaraq hər il azərbaycanlı qardaşlarımızı Çanaqqalada qonaq etmək istərdik. Bildirmək istərdik ki, qonaqlarımız mənəvi bağımızla birlikdə Çanaqqala Şəhər Mərkəzindəki mağaza sahiblərimizə də öz töhfələrini verəcəklər. Gələn qrupların xüsusilə şəhərin mərkəzində vaxt keçirmələrini təmin etməklə həm şəhərin iqtisadiyyatına töhfə vermək, həm də onlarla mədəni əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. 15 saylı Peşəkar Komitə olaraq önümüzdəki günlərdə Çanaqqala ilə Azərbaycan arasındakı əlaqələri daha yüksək səviyyəyə çıxaracaq işlər həyata keçirəcəyik. Məqsədimiz hər il ən azı 50 min Azərbaycan vətəndaşını Çanaqqalada qəbul etməkdir”.

Çanaqqala Ticarət və Sənaye Palatası İdarə Heyətinin üzvü Ahmet Çelik Azərbaycanla turizm əlaqələrimizi yaxşılaşdırmaq üçün rəsmi addımlar atıldığını bildirib: "Biz bu addımlarPaın bəhrəsini almağa başlamışıq. Komitə olaraq biz əlaqələrimizi maksimuma çatdırmaq və şəhərimizi yeni xarici bazara açmaq üçün daha çox səy göstərəcəyik”.