Xəbər lenti

Türkiyədə azərbaycanlı qadın amansızlıqla öldürüldü
Ölkə05:27 08.11.2013

Türkiyədə azərbaycanlı qadın amansızlıqla öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Balıkesir vilayətinin Erdek rayonunda azərbaycanlı qadının meyiti aşkarlanıb. Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli 49 yaşlı Səidə Eyvazovanın cəsədi rayon ərazisindəki zeytun bağlarından birində tapılıb. Məlumata görə, cəsədin üzərində çox sayda kəsici alətlə vurulmuş xəsarət izləri var.

Eyvazovanın cəsədi Bursa şəhər məhkəmə tibbi ekspertizasının morquna göndərilib. Ölümün dəqiq səbəbləri ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. 


Qaynar.info