Xəbər lenti

Türkiyədə azərbaycanlılar pulsuz müalicə olunacaq - RƏSMİ
Ölkə10:15 14.10.2016

Türkiyədə azərbaycanlılar pulsuz müalicə olunacaq - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Nazirlər Kabineti Azərbaycanla "Səhiyyə və tibbi bililklər sahəsində əməkdaşlıq haqqında" Azərbaycanla sazişi ratifikasiya edib.
"Resmi Gazete"nin verdiyi məlumata görə, saziş çərçivəsində tərəflər orqan transplantasiyası sahəsində təcrübə mübadiləsi aparmaq, tibb sahəsində birgə layihələri inkişaf etdirmək barədə öhdəlik götürüblər (Trend).
Qaynarinfo.az-ın verdiyi xəbərə görə, razılaşmada həmçinin hər iki ölkədə qarşı tərəfin təqdimatı ilə göndəriləcək 20 pasiyentin pulsuz müalicəsi ilə bağlı bənd öz əksini tapıb.
Qaynarinfo.az