Xəbər lenti

Türkiyədə azərbaycanlıların da olduğu gəmi qəzaya düşdü (FOTO/VIDEO)
Ölkə15:41 19.12.2018

Türkiyədə azərbaycanlıların da olduğu gəmi qəzaya düşdü (FOTO/VIDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulun Şile sahillərində Komor adalarına məxsus "Natalia” gəmisi qəzaya uğrayıb.
"Qafqazinfo” "Hürriyet”ə istinadən xəbər verir ki, göyərtəsində 16 nəfər olan gəmi sahilə çırpılıb. Dənizçilər arasında azərbaycanlıların da olduğu bildirilir. 16 nəfərin hamısı xilas edilib. Dənizçilərdən 8-i Şile Dövlət Xəstəxanasına aparılıb. Gəmi heyətindən olan Rüstəm Heydərovun sözlərinə görə, onların səhhəti normaldır:
"Dənizdə fırtına var idi. Bu səbəbdən qəza oldu. Sağ olsunlar, bizi xilas etdilər. Ya xilas ediləcəkdik, ya da öləcəkdik. Hamı yaxşıdır. Hər kəsə minnətdarıq”.