Xəbər lenti

Türkiyədə həbs edilən azərbaycanlı bəstəkarla bağlı yeni xəbər
Ölkə10:11 01.10.2019

Türkiyədə həbs edilən azərbaycanlı bəstəkarla bağlı yeni xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl Türkiyədə həbs edilən və Azərbaycana gətirilən bəstəkar Tural Bayraməliyev barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, T.Bayraməliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Romella Allahverdiyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, T.Bayraməliyev biznes ortağı Şədiyyə Salehliyə məxsus olan külli miqdarda vəsaiti ələ keçirməkdə təqsirləndirilir. T.Bayraməliyev Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra hit mahnıların bəstkarıdır.