Xəbər lenti

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən Azərbaycanlı tutuldu
Ölkə08:55 25.05.2016

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən Azərbaycanlı tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində, Suriya ilə sərhədə yaxın ərazidə polis əməkdaşları İŞİD terror təşkilatına qoşulmaq niyyətində olan 10 nəfərlik dəstənin üzvlərini yaxalayıblar.

Qaynarinfo.az “Azadlıq” radiosunun Qırğızıstan şöbəsinin məlumatına əsasən xəbər verir ki, dəstənin üzvləri Şahinbəy rayonunun Atabəy məhəlləsindəki mənzillərdən birində ələ keçiblər.

Dəstə üzvləri arasında İran, Tacikistan, Azərbaycan və Qırğızıstan vətəndaşları olub.

Məhkəmənin qərarı ilə onlar həbs ediliblər.

Qaynarinfo.az