Türkiyənin Kırşehir şəhərində jandarmanın apardığı əməliyyat zamanı qaçaqmalçılıqla məşğul olan B.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış zamanı ona aid 5 ədəd çamadanda 2579 paket qaçaq siqaret aşkarlanıb.
Prosesdən sonra B.A. həbs olunub, barəsində araşdırma aparılır.