Türkiyədə iki ay əvvəl 35 yaşlı Azərbaycan vətəndaşı Rişal Həsənovu avtomobilində qətlə yetirənlər tutulub.
Qaynarinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, iyun ayının 22-də bu qətllə bağlı 3 nəfər şübhəli saxlanılıb, məhkəmənin hökmü ilə həbs olunublar.
İstanbul polisinin əməliyyatçıları qətlin üstünü açmaq üçün videomüşahidə kameralarının görüntülərini təhlil edib. Məlum olub ki, Həsənovun avtomobili işıqforun qırmızı işığında gözləyərkən motosikletlə ona yaxınlaşıb, atəş açan qohumu 33 yaşlı Ragıp H. olub.
İddialara görə, Rişal Həsənov xanım tanışı ilə Küçükçekmece şəhərində kafelərin maşınla evə getmək üçün yola çıxıb. Həsənov işıqforda dayanarkən motosikletli iki nəfər onun maşınına yaxınlaşıb. Motosikletdə olan iki nəfərdən biri, 33 yaşlı Ragıp H. ona 4-5 dəfə atəş açıb. Şübhəlilər motosikletlərlə hadisə yerindən qaçıblar.
Dərhal hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları ağır vəziyətdə Rişal Həsənovu xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onu həyatını xilas etmək mümkün olmayıb.
Məlum olub ki, həmin şəxslər Rişal Həsənovu hadisə günü oturduğu restorandan təqib etməyə başlayıblar və avtomobili işıqforda saxlayanda onu vurublar. Polis hadisədə əli olan 33 yaşlı Ragıp H., 28 yaşlı Şamil H. və 48 yaşlı Qurban T.-nı saxlayıb. Şübhəlilər Mecidiyeköydə metrobusda həbs olunub. Şübhəlilər ilkin ifadə zamanı cinayətin motivi olaraq ailədaxili münaqişə göstəriblər.