Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Türkiyədə təhsil alan tələbələrin Azərbaycana köçürülməsinə məhdudiyyət qoyulması barədə iddialara aydınlıq gətirib.
Teleqraf-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib ki, qanunvericiliyə əsasən tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur.
Məlumata görə, bəzi tələbələr bu normadan az və ya çox kredit götürə bilərlər (müxtəlif səbəblərdən), amma norma 30-dur:
Agentlikdən bildirilib ki, şikayətçilərin Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndinə istinad etməsi tamamilə yanlışdır. 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir.
Xatırladaq ki, sosial mediada Türkiyədə təhsil alan tələbələrin köçürülmə ilə bağlı şikayətləri yayılıb.
Tələbələr iddia edirlər ki, Azərbaycandakı ali məktəblərə köçürülmək üçün müraciət ediblər, amma agentlik onların müraciətini rədd edib: "Tələbə ümumilikdə 4 semestrdə 120 kredit toplamalı olduğu halda, yalnız 110 kredit toplayıb. Bunların ikidə birini keçsə belə, nəyə görə 120 yox, 110 kredit dərs alıblar” Halbuki tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənd açıq şəkildə bildirir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil.
Bundan əlavə, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Belə ki, əksər tələbələr 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunmuşdular. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl – 2023-cü ildə vermişdi. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildiribki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib", - şikayətlərdə qeyd olunub.
Şərhlər