Xəbər lenti

Türkiyədə yenidən çevrilişə cəhd ola bilərmi? - Ekspert rəyi
Ölkə12:56 02.08.2016

Türkiyədə yenidən çevrilişə cəhd ola bilərmi? - Ekspert rəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bundan sonra Türkiyədə hər hansı bir çevrilişə cəhd olması inandırıcı deyil".

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında politoloq Azər Qasımlı Türkiyədə ikinci çevrilişə cəhdlə bağlı informasiyalara münasibət bildirərkən deyib.

Azər Qasımlının sözlərinə görə15 iyul hadisələri zamanı yalnız çevrilişə cəhd olunubdur:"Gülənçilərin Türkiyədə elə bir gücü yoxdur ki, yenidən çevrilişə cəhd etsinlər. Belə bir şey yoxdur. Bu mövzuları ortaya atanlar məqsədli şəkildə edirlər. Onların əsas məqsədi Türkiyədəki 3 aylıq fövqaladə vəziyyəti əsaslandırmaqdır. Bu gün həyata keçrilən təmizləmələri də yeni çevrilişə cəhd ola bilmə ehtimalları ilə əlaqələndirirlər.Amma bundan sonra Türkiyədə hər hansı bir çevrilişə cəhd olması inandırıcı deyil".

Politoloq bildirib ki, çevrilişə cəhddən sonra prezident Ərdoğan bütün vəziyyətə nəzarət etmək imkanını qazandı: "Həm orduda, həm polisdə, həm digər sahələrdə AKP çevrəsinə yaxın olmayan adamları uzaqlaşdırdılar. Bu siyasət irəlidə daha da güclənə bilər. Buna qarşı çıxa biləcək baryer isə müxalifətdir. İlk növbədə CHP-dir.  Bu proseslərdən sonra AKP CHP-ni də zəiflədib sıradan çıxara bilər".

Azər Qasımlı qeyd edib ki, ümumilkdə bu hadislərdə Türkiyə dövləti uduzdu: "Türk ordusu NATO-nun ikinci ən güclü ordusu hesab olunurdu. Bu gün isə Türkiyə ordusu əvvəlki gücünə sahibdirmi sualına çətin kimsə cavab versin. Çünki orduda çox adam həbs olundu, yüksək rütbəli zabitlər tutuldu. Hərbi akademiyalar və məktəbləri bağladılar. Bu da türk ordusunua psixoloji olaraq mənfi təsir göstərdi. Gələcəkdə də ordu sıralarına qoşulmaq istəyənlərdə də mənfi fikirlər formalaşdırdı. Ordunun üzərində ona görə dayandıq ki, Türkiyənin əsas nüfuzunu ordu təmin edirdi. Ordu zəifləyirsə, Türkiyə dövləti də zəifləyir. Bu da o deməkdir ki Türkiyənin bölgədə sözü o qədər eşidilməyəcək, xarici siyasətdə də bəzi problemlər yaradacaq".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az