Xəbər lenti

Türkiyədə “Youtube” da açıldı
Ölkə07:48 04.04.2014

Türkiyədə “Youtube” da açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə dünən axşam saatlarında tvitter qadağasının aradan qaldırılmasının ardından bu gün Youtube-la bağlı da qərar verilib. 

“Qafqazinfo” xəbər verir ki, Ankara Gölbaşı Sülh və Cəza məhkəməsi YouTube sosial şəbəkəsinə də qoyulan qadağanın ləğv edilməsi haqda qərar qəbul edib. 

Qeyd edək ki, baş nazir Ərdoğan bu gün Bakı səfəri öncəsi açıqlamasında Konstitusiya Məhkəməsinin tvitterlə bağlı qərarına uymaq məcburiyyətində qaldığını, lakin bu qərara  hörmət etmək məcburiyyətində olmadığını bildirib.

Qaynar.info