“Ermənilər nə edirlərsə etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanın düşməni bizim də düşmənimizdir”. ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Baş naziri Binəli Yıldırım bəyan edib.
Baş nazir deyib, Ermənistan illərdir ki, Azərbaycanın torpaqlarını haqsız yerə işğal edib.
“İraqı işğal etdikdən 10 il sonra “bağışlayın biz səhv işğal etdik” deyə açıqlama verirlər. Ölən 1 milyon yarım günahsız insanın hesabını necə verəcəksiniz. Ermənilər nə edirlərsə etsinlər Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olduğu həqiqətini dəyişdirə bilməyəcəklər. Oranın hər qarış torpağında Azərbaycan xalqının izi, mədəniyyəti var”, - Binəli Yıldırım bildirib.
Qaçqın və məcburi köçkünlərin dərhal doğma torpaqlarına qayıtmasının vacibliyini vurğulayan Baş nazir bildirib ki, Türkiyə bunu ən üst səviyyədə bəyan edib və bundan sonra da bəyan etməyə davam edəcək.
Qaynarinfo.Az