Xəbər lenti

Türkiyədən Qarabağa qanunsuz səfər edən türklərlə bağlı rəsmi açıqlama
Ölkə06:39 30.09.2017

Türkiyədən Qarabağa qanunsuz səfər edən türklərlə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dörd Türkiyə vətəndaşının son vaxtlar işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib.

"Qaynarinfo" Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Hüseyn Müftüoğlu deyib.

“Son vaxtlar dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib. Bu, heç bir halda Türkiyənin rəsmi siyasətini əks etdirmir və Türkiyə, haqlı məsələdə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, - deyə o bildirib.

Müftüoğlu qeyd edib ki, Türkiyə, Azərbaycan torpaqlarının təxminən beşdə biri üzərində davam edən işğalın sona çatdırılması üçün 25 ildir ki, azərbaycanlı qardaşları ilə yaxın həmrəylik içərisində hərəkət edir.

Qaynarinfo.Az