Xəbər lenti

Türkiyəli kişilərə ərə gedən azərbaycanlı qadınların sayı — RƏSMİ
Ölkə16:28 28.11.2017

Türkiyəli kişilərə ərə gedən azərbaycanlı qadınların sayı — RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2016-cı ildə 2170 nəfər Türkiyə vətəndaşı azərbaycanlı qadınlarla ailə həyatı qurub.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına əsəsən, Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınlar bu göstərici üzrə üçüncü sıradadırlar.
2016-cı ildə Türkiyə vətəndaşları daha çox suriyalı qadınlarla ailə qurublar. Belə ki, ötən il türk kişilər 6495 suriyalı, 2644 alman xanımla evləniblər.
TÜİK-in məlumatında qeyd olunur ki, 2016-cı ildə ölkə ərazisində ümumilikdə əcnəbilərlə 22 583 nikah qeydə alınıb. Ötən il 1338 türkiyəli qadın Almaniya, 377-si Suriya, 291-i isə Avstriya vətəndaşı ilə ailə qurub.