Xəbər lenti

Türkiyəli komandan Azərbaycanda
Ölkə11:16 10.03.2014

Türkiyəli komandan Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qaynar.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəsmi səfəri martın 12-dək davam edəcək.

Qaynar.info