Xəbər lenti

Türkiyənin Azərbaycandakı səfiri Əlahiddə Ümumqoşun Ordusunun komandanı ilə görüşdü (FOTO)
Ölkə17:40 08.07.2021

Türkiyənin Azərbaycandakı səfiri Əlahiddə Ümumqoşun Ordusunun komandanı ilə görüşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovniki Kərəm Mustafayevlə görüşüb.
Bu barədə səfirliyin "Twitter” səhifəsindən məlumat verilib.
Məlumata əsasən, görüş Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında baş tutub.
Qeyd edək ki, dünən bölgəyə gələn Cahit Bağçı ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüş keçirib.