Xəbər lenti

Türkiyənin Azərbaycandakı səfirliyindən AÇIQLAMA
Ölkə05:25 16.07.2016

Türkiyənin Azərbaycandakı səfirliyindən AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir.  

Qaynarinfo.Az bildirir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd olunub: "Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir".

Səfirliyin açıqlamasında bunun Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə olmadığını da qeyd edib: "Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib".  

Qaynarinfo.Az