
Azərbaycanda web saytların hazırlanması üzrə yeni şirkət yaradılıb.
Türkiyənin məşhur Butterfly şirkəti artıq Azərbaycanda da öz fəaliyyətinə başlamışdır. “Butterfly” MMC şirkəti qrafik dizayn, korperativ e-poçtların yaradılması, hostinq və domen əməliyyatları, banner dizaynları və mobil proqramların yaradılması və hazırlanması işləri ilə məşğul olur. Şirkətin əsas məqsədi internet resurslarının yaradılması və inkişafıdır. Bu işlər ən yüksək texnoloji üsullardan bəhrələnərək həyata keçirilir.
Ən yaxşı web saytların ortaya çıxması incəsənətin, rahatlığın və funksional rahatlığın hər zaman balanslaşdırılmış ahəngliyidir. Məhz, “Butterfly” MMC şirkətinin təcrübəsi də sayt istifadəçiləri üçün effektiv, rahat və gözəl saytların yaradılmasına imkan yaradır.
2010-cu ildə yaradılmış “Butterfly Framework” Azərbaycan və Türkiyə Respublikasında İT Konsaltinq, dövlət və korporativ idarəetmə, telekommunikasiya, iri və orta müəssisələrdə qabaqcıl proqram təminatı, Android və iOS proqram təminatının yaradılması, korporativ e-poçtların hazırlanması, texniki dəstək və inteqrasiyası sahəsində xidmətlər təklif edən şirkətlərdən biridir. 2013 ili etibarilə “Butterfly Studio” ilə birlikdə “Butterfly” MMC şirkətinin bir hissəsidir.
Azərbaycanda hələ tam formalaşmamış və mütəxəssisi olmayan Mobil proqram təminatı işlərində Türkiyədə qazandığı müvəffəqiyyətləri Azərbaycanda da davam etdirən şirkət, hal-hazırda irili–xırdalı dövlət və qeyri-hökümət təşkilatları üçün mobil tətbiqetmələr hazırlayır.
Artıq hər kəsin şəxsi web saytı və şəxsi mobil (android və iOS) proqramı ola bilər! Bunun üçün sərfəli qiymət və keyfiyyət axtarırsınızsa, düşüncəmizlə “Butterfly” MMC şirkəti hər birinizə kömək ola biləcək. “Butterfly” MMC şirkəti ilə əlaqə saxlamaq üçün (055) 827 6666 mobil nömrəsindən istifadə edə bilər və Qarabağ küçəsi 22, Firuzə Biznes Mərkəzi 4-cü Mərtəbə, 5-ci otaqda (Şərq Bazarının Arxasında) yerləşən ofislərini ziyarət edə bilərsiniz.
Qaynar.info