Xəbər lenti

Türkiyənin müdafiə naziri Bakıya gələcək
Ölkə16:42 08.09.2014

Türkiyənin müdafiə naziri Bakıya gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Bakıya gələcək.

Bu barədə musavat.com-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Türkiyənin müdafiə naziri Bakıda sentyabrın 11-də işə başlayacaq ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq.

Nümayəndə heyətində Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı Müdafiə Sənayesi Katibliyinin (SSM) rəhbəri İsmail Dəmir və bu qurumun əməkdaşları da təmsil olunacaqlar.

Qaynar.info