Ölkə 16:41 21.09.2022

Türkiyənin səhiyyə naziri Bakıya gəlir

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Azərbaycana gəlir. 

Bu barədə Qaynarinfo-ya Türkiyənin azərbaycandakı səfirliyindən məlumat verilib. 

Sabah səhər saatlarında Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək nazir eyni zamanda ilk dəfə keçiriləcək Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinə qatılacaq.